Xülasə: Çingiz Aytmatovun yaradıcılığı qırğız və dünya ədəbiyyatında əhəmiyyətli yer tutur. Yazıçı bədii yaracıdılığa 1958-ci ildə “Cəmilə” povesti ilə başlayıb. O, XX əsrin 60-cı illərində bir-birinin ardınca bir neçə povest yazmışdır. Yazıçının povestlərindəki ədəbi qəhrəmanlar: Cəmilə, Daniyar, Duyşen, Altınay Süleymanova, Tolqanay, Aliman, Asel, İlyas, Tanabay, Çoro və digərləri mürəkkəb və ziddiyyətli obrazlardır. Digər yazıçıların ədəbi qəhrəmanlarından əhəmiyyətli dərəcədə seçilirlər. Bir faktı vurğulamaq yerinə düşər ki, onun ədəbi qəhrəmanları yazıçı ilə bərabər əsərlərinin ideya-bədii xüsusiyyətlərinin müəyyənləşməsində əhəmiyyətli rol oynayırlar. 1970-1980-ci illərdə nəşr olunan “Ağ gəmi” povestində, “Gün var əsrə bərabər”, “Qiyamət” romanlarının ədəbi qəhrəmanlarının taleyində faciəvi motivlər, məqamlar üstünlük təşkil edir.
Açar Sözlər: Ç. Aytmatov, Qəhrəman, Faciəvilik, Povest, Roman