Xülasə: Məqalədə 1938-1950 –ci illər Türkiyə-Rusiya əlaqələri təhlil edilir. Tarixən yaxşı olmayan rus-türk əlaqələri Türkiyə Cümhuriyyətinin və SSRİ-nin yarandığı ilk illərdə yaxşılaşsa da, Rusiya sonralar da tarix boyu boğazları ələ keçirmək niyyətindən əl çəkməmişdir. Baxmayaraq ki, iki ölkə arasında 1925-ci ildə Dostluq və Hücum etməmək Müqaviləsi imzalanmışdı. Lakin, Türkiyənin İkinci Dünya Müharibəsi illərində müharibədən kənarda qalmağa çalışması, almanlarla ticari və diplomatik əlaqələrini kəsməməsi Moskva -Ankara münasibətlərinin pisləşməsinə, rusların boğazlar üzərində yenidən nəzarəti ələ keçirmək və Türkiyənin şərq sərhədlərində rusların xeyrinə dəyişikliklər edilməsi kimi tələbləri münasibətlərin kəskin pozulmasına səbəb olmuşdur. Müharibədən sonra Türkiyə Qərb dövlətləri ilə yaxınlaşaraq rus təhlükəsindən xilas olmağı bacarmışdır.
SSRİ,Türkiyə, Sovet Rusiyası -Türkiyə münasibətlər, 1938-1950-cı illər