Açar sözlər: Azərbaycan dili, onomastika, frazeoloji vahidlər, mifologiya, Troya müharibəsi, Homer. Xülasə Onomastik frazemlər, əsasən, antroponim, mifonim, teonim, toponim və etnonim mənşəli olur. Antroponim mənşəli frazemlər adi şəxs adları, tarixi şəxs adları , əfsanəvi və ya mifoloji şəxs adları ilə bağlı olaraq üç qrupa ayrılır.Bu məqalədə mifoloji onomastik frazemləri araşdırmışıq. Qeyd edək ki, mifoloji onomastika qədim tarixə malikdir və frazemlərlə zəngindir. Buna misal olaraq aşağıdakı nümunələri göstərə bilərik: Domokl qılıncı. Mentor toru, Axilles dabanı, Troya atı, Tantal əzabı, Zümrad quşu, Babil qülləsi və s. Məqalədə adıçıkilən frazeoloji vahidlərin təhlili verilmiş, nümunələr gös¬tə¬rilmişdir. Həmin nümunələr antik filosof Homerin “İlliada” və “Odisseya” əsər¬lə¬rindən götürülmüşdür. Bunları dəqiqləşdirmək üçün dilçi alimlərin sitatlarına müraciət edilmişdir. Bütün bunlarla yanaşı, məqalədə yalnız Roma mifologiyası ilə bağlı deyil, Azərbaycan ədəbiyyatına da müraciət olunmuşdur. Məsələn, Azərbaycan folklorunda div yuxusuna getmək, div qurbağaya aşiq olub və s. frazeoloji vahidlər məqalələrdə öz əksini tapmışdır.
Azərbaycan dili, onomastika, frazeoloji vahidlər, mifologiya, Troya müharibəsi, Homer.