Özet


QARABAĞ TOPONİMLƏRİ VƏ ONLARIN XARİCİ DİLLƏRƏ TƏRCÜMƏSİ

Toponimlər dilin lüğət tərkibinin mühüm hissəsini təşkil edir, mənsub olduğu xalqın dilini, tarixini, etnogenezini, milli mənsubluğunu, coğrafi sərhədlərini əks etdirən çox dəyərli mənbədir və bu baxımından kompleks şəkildə öyrəndikdə hər hansı bir ərazinin bütövlükdə hansı xalqa məxsus olduğu tarixi, coğrafi və dilçilik baxımından əsaslandırılmış olur ki, bu da hər hansı bir xalqın tarixinin saxtalaşdırılmasına yol vermir. Buna görə də toponimlərin tədqiq olunması, araşdırılması vacibdir, zəruridir. Lakin toponimlərin, onların ayrı-ayrı növlərinin tədqiqi sahəsində xeyli işlər görülsə də bütün bu elmi araşdırmalar, öyrənmələrin hamısı Azərbaycan elm dünyasından, ərazisindən kənara cıxmamışdı. Bunun da nəticəsində Azərbaycan onomastikası, toponimikası dünyaya kifayət qədər çatdırılmır. Azərbaycan torpaqlarına əsrlər boyu göz dikmiş, tariximizi özünküləşdirməyə çalışan ermənilər isə diasporası gücünə bütün dünyada bizim toponimlərin adlarını dəyişməklə təqdim edərək bizi işğalçı, özlərini qədim tarixə malik bir xalq kimi qələmə verməyə çalışırlar. Bu siyasəti isə Qərbi Azərbaycana aid torpaqlarımızla kifayətlənməyərək Qarabağ torpaqlarımıza da şamil etməyə çalışırlar. Bu baxımdan Şanlı Qələbədən sonra qəbul olan “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından ingilis əlifbasına transliterasiyası Qaydaları”nın təsbit etdiyi standartlar vasitəsilə toponimlərin xarici dillərə rus dilinin təsiri ilə deyil, birbaşa orijinaldan tərcümə olunmasına imkan verəcək ki, bizim torpaqlarımızın tarixinə kimin sahib olduğunu dünyaya sübut edə bilək. Bu məqalədə həmin qaydalara əsasən transliterasiya yolları da göstərilmişdir.



Anahtar Kelimeler

Qarabağ, toponim, onomastika, təhrif olunma, transliterasiya.


Kaynakça