Türkdilli dövlətlərin beynəlxalq arenada özünəməxsus rol oynaması və müasir beynəlxalq sisteminin əlahiddə bir elementinə çevrilməsi artıq faktdır. Lakin bu dövlətlər birliyinin inteqrativ potensialının ayrıca bir vahid kimi dünyanın siyasi-iqtisadi səhnəsində yer alması hər bir türkdilli dövlətin ayrı-ayrılıqda rolundan geri qalmaqdadır, yəni, pərakəndə şəkildə bu birliyə aid ölkələrin nüfuzu onların təşkilatlanmış formada ortalığa çıxan qurumunun nüfuzundan hələ daha güclüdür. Türkdilli dövlətlərin inteqrasiyası əslində qaçılmaz bir proses olduğundan onun zərurəti göz qabağındadır, lakin mövcud problemlər həmin inteqrasiya proseslərinin intensivləşməsinə və ümumilikdə perspektivlərinə kölgə salır. Bu prizmadan da həmin dövlətlərin diaspor təşkilatlarının fəaliyyəti birbaşa həm zərurətin, həm də ərsəyə gələn və perspektivləri uzaqlaşdıran problemlərin ən parlaq təzahürüdür.
Türkdilli dövlətlər, diaspor təşkilatları