Xülasə: Türk birliyi mövzusu ilə bağlı apardığımız araşdırmalardan sonra gəldiyimiz nəticəyə görə, son illərdə Türk birliyi ideyasının reallaşması yolunda ciddi irəliləyişlər var. Türk xalqlarının bir-birlərini daha yaxından tanıması, ortaq köklərə qayıdış səbəbindən gələcəyin birgə inşası düşüncəsi artmaqdadır. Türk birliyinin reallaşması istiqamətində müxtəlif fərqli fikirlərdən ortaq nəticəyə gəlməyə çox az qalmışdır. Başqa sözlə, biz türklər, mövcud istər müstəqil, istərsə də yarımmüstəqil Türk dövlətlərinin vahid siyasi birliyinin yaranması istiqamətində çox böyük bir məsafə qət etmişik. Türk birliyinə münasibətdə başlıca metod Türk xalqlarının, Türk dövlətlərinin fəlsəfəsinə əsaslanmaq və Türk Dövlətləri Təşkilatının yaranmasınnı mahiyyətini göstərməkdir. Burada əsas üsul bir tərəfdən Türk Birliyi siyasi- ideoloji fəlsəfəsindən çıxış etmək, digər tərəfdən buna qarşı yönəlmiş yad metodlara həssaslıq göstərməkdir. Burada əsas elmi yenilik Türk Birliyi fəlsəfəsinin özünəməxsusluğunu tarixi-fəlsəfi və çağdaşlıq anlamda ifadə etməkdir. Eyni zamanda, məqalədə əsas elmi yeniliklərdən biri Türk birliyinin tarixinin qaynaqlarının və Tük Dövlətləri Təşkilatının dünyada yeni güc mərkəzlərindən birinə çevrilməsinin əhəmiyyətinin dəyərləndirilməsidir.Türk Birliyinin və onun bariz nümunəsi olan Türk Dövlətləri Təşkilarının varlığının bəşəriyyətin bugünü və gələcəyi üçün önəmliliyini ortaya qoymaqdır.
Açar Sözlər: Türk Birliyi, Qərbçilik, Avropa Birliyi, İslamçılıq, Avrasiyaçılıq, Bütöv Azərbaycan, Türk Dövlətlər Təşkilatı