Xülasə: Orta Dəhliz Avrasiyadan Avropaya enerji və tranzit daşımaları üzrə rəqabətli koridor olmaqla bərabər türk dunyasını birləşdirən iqtisadii və ticari instrument kimi inteqrasiyanın sürətləndiilrməsində mühim rol oynayır. Orta Dəhliz xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlər olan Azərbaycan, Qazaxıstan və Türkiyə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün əsas institut rolunu oynayır. Ortaq mədəni irsə və dil bağlarına malik olan bu xalqlar ticarət və iqtisadi inteqrasiya üçün böyük potensiala malikdirlər. Bu əhatəli mühazirə TDT üzvləri arasında ticarət dövriyyəsini, ticarət siyasətlərini, iqtisadi əlaqələri və Orta Dəhlizin regionda ticarət, enerji tranziti və təhlükəsizlik sahəsində əməkdaşlığın asanlaşdırılmasında əsas rolunu araşdırmaq məqsədi daşıyır.
Açar sözlər: Orta Dəhliz, Enerji koridoru, Ticarət və investisiya, İqtisadiyyat