Xülasə: Şifahi xalq ədəbiyyatının mövzu və kəmiyyət baxımından ən geniş yayılmış janrlarından biri olan atalar sözü sadəcə türk xalqlarının ədəbiyyatında deyil bütün dünya ölkələrinin şifahi xalq ədəbiyyatında özünə yer tutan və milli təbirlə desək, qanadlı sözlərə çevirilib əsrlərin sınağından çıxıb gələn hukmətli ifadələrdir. Atalar sözləri yığcam janr olduğu qədər də dərin məna kəsb edə bilir. Təbii ki, bu janrın ən əsas özəlliyi bəzən kitablarla yazaılan əsərlərin ideyasının tək bir cümlə ilə ifadə etməsidir.
Açar Sözlər: Atalar Sözü, Ümumtürk Ədəbiyyatı, Başqurd Ədəbiyyatı, Ortaq Janrlar.