Məqalədə bədii, publisistik və məişət üslubuna aid mətnlərin təşkili mexanizmindən bəhs olunur. Belə ki, dünya dilçiliyində mətn sintaksisi müxtəlif aspektlərdən tədqiqata cəlb edilmiş və müəyyən nəticələr əldə edilmişdir, ancaq Azərbaycan dilçiliyində bu sahə kifayət qədər hərtərəfli öyrənilməmişdir. Sintaksisin bu bölməsində həllini gözləyən problemlər çoxdur, bu məqsədlə də mətnə daha geniş baxış bucağından yanaşılmışdır. Müasir dilçilik tədqiqatlarının əsas istiqamətlərindən biri olan mətn dilçiliyi məhz mətnin qurulma qaydalarını və onun formalaşmasında iştirak edən vasitələrin təhlili ilə məşğul olur. Bu tədqiqatda da məhz mətnin təşkilinin əsas qanunauyğunluqları geniş şəkildə şərh olunmuşdur.
mətn sintaksisi, mətnin təşkili mexanizmi, mətndaxili əlaqə, publisistik və bədii mətnlər, mətnin qurulması.