Abstract


From Azerbaijan Karabakh to Konya Karabakh: Holiness in the Context of Public Diplomacy

Məqalədə göstərilir ki, çağdaş poeziyanın tanınmış nümayəndələrindən olan Rəşad Məcidin şeirlərinin üslubunda nağılvari təhkiyə forması mühim yer tutur. Sadə struktur üzərində qurulan mətnlərdə orijinallıq, memarlıq prinsipi yaradıcı quruculuğa xidmət edir. Onun şeirlərinin böyük bir hissəsi vətənə, onun təbiətinə, yurd yerinin gözəlliklərinin tərənnümünə həsr olunub. Eyni zamanda vətənin atributları, şairin lirik qəhrəmanının vətənə və atributlarına sevgisi diqqətdə saxlanılır. Şeirlərdə seçilmiş obrazlar kontekstində lirik qəhrəmanın həyatı, maraqları göz önündə canlanır. Rəşad Məcidin şeirləri özünün varlığı, enerjisi, təsir gücü ilə sərbəst şeirin müstəqillik mərhələsində, poetik məkanında mühüm yer tutur. Onun sərbəst şeirləri həm forma həm də məzmun baxımından yeniləşir və görümlü olur.



Keywords

çağdaş poeziya, vətən sevgisi, poetik məkan, atribut


Kaynakça