Abstract


ELEMENTS OF THE ARCHAIC TURKISH LANGUAGE IN THE DIALECTS OF KARABAK

Dilimizin formalaşmasında, əsasən, oğuz dil elementləri dayansa da, qismən qıpçaq, səlcuq, uyğur elementlərinə də rast gəlinir. Çünki oğuz dil elementləri bu dillərin sırasında aborigenliyini qoruyub saxlasa da, digər türkdilli tayfaların bəzi dil elementləri onun tərkibində qalmış və dilimizin müxtəlif dialektlərində arxaik vahidlər kimi indi də işlənməkdədir. Azərbaycan dilində qədim şumer, akkad, xett dili əlamətlərinə rast gəlinir ki, həmin cəhətlər dilimizin üç-dörd min illər öncə formalaşdığına bir işarədir. Azərbaycan dilinin dialekt və şivələrinin V-VIII əsrə aid yazılı mənbələrlə müqayisəsindən belə bir qənaətə gəlmək olur ki, həmin yazılı mətnlərin dilindəki sözlərin böyük bir hissəsi danışıq dilində və şivələrdə işlənməkdədir. Onların bir çoxunda isə areallıq da müşahidə edilir. Dialektoloji tədqiqatların bir qismində arxaik leksik vahidlərin dialekt və şivələrdə tədqiqi, müqayisəsi də areal dialekt vahidlərinin müəyyənləşdirilməsi istiqamətində olduqca əhəmiyyətlidir. Buna görə də dialektlərdə qorunub saxlanılan arxaik ünsürlər həm qədim yazılı mətnlərdə, həm klassik ədəbi nümunələrdə, həm də dialektlərdə paralel şəkildə öyrənilməlidir. Qarabağ dialekt və şivələrində bir çox leksik-semantik, leksik-tematik qruplar var ki, biz onların areallığı ilə qarşılaşırıq. Onlar bəzən cüzi məna dəyişikliyi ilə, cüzi fonetik dəyişmələrlə, bəzən də heç bir dəyişiklik olmadan digər dialekt və şivələrdə də işlənməkdədir. Qarabağ şivələrində işlənən areal dil vahidlərinə aşağıdakıları nümunə göstərə bilərik: Ağıl – mal, qoyun saxlanan yerdir. Eyni fonetik tərkibdə və eyni semantikada Zəngilan (Bala, malları sal ağıla) və Şirvan (Ağıl çox möhkəm tikilmişdi) şivələrində işlədilir. Həmin söz “Kitabi-Dədə Qorqud”da (Ağılın qapısını bərkitdi) Kaşğari M. Divani luğat-it-türk. Dörd cildə/Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər, Bakı, «Ozan», II c., 2006, 400 s., Mahmud Qaşqarlıda; Qədim türk lüğətində, qədim türk yazılı abidələrində, V.Radlovun lüğətində də eyni fonetik tərkibdə və eyni mənada qeyd edilmişdir. Aş – sözü Qərb qrup dialekt və şivələrində aş şəklində yemək mənasında işlədilmişdir. Lakin dilin tarixi inkişafı zamanı sözün semantikasında daralma baş vermiş, aş sözü yalnız bir Azərbaycan xörəyinin (plov) adı kimi sabitləşmişdir. Demək olar ki, dilimizin bir çox dialektlərində eyni mənanı qoruyub saxlayır. Türk dillərinin qohumluğu və dil münasibətlərinin tədqiqi üçün Qarabağ şivələrinin öyrənilməsi aktualdır.



Keywords

şivə, tarix, dil, müqayisə, türkçülük


Kaynakça