Valyuta məzənnələrinin iqtisadi artıma təsiri ilə bağlı bu tədqiqat, bir ölkənin valyuta məzənnəsindəki dəyişikliklərin iqtisadiyyatının müxtəlif sahələrinə necə təsir etdiyini və bu təsirin xarakterini müəyyənləşdirir. Tədqiqatda əsas olaraq literatur təhlili, məlumatların toplanması və analizi əsasında aparılıb. İqtisadiyyatın əsas göstəriciləri, məsələn, ticarət balansı, ixrac və idxal, maliyyə stabilliyi və s. kimi faktorlar əsasında valyuta məzənnələrinin rolu vurğulanır. Əsas nəticələr arasında, sabit valyuta məzənnəsinin ölkə iqtisadiyyatında uzun müddətli stabilliyə töhfə verdiyi, lakin sərbəst valyuta məzənnəsinin ölkənin ticarət qabiliyyətinə və ixrac potensialına daha yaxşı bir dəstək olduğu göstərilir. Həmçinin, müxtəlif məzənnə rejimlərinin iqtisadiyyat üzərində müxtəlif təsirləri olduğu vurğulanır və ölkələrin özünəməxsus məqsədlərinə və maliyyə siyasətlərinə uyğun valyuta rejimini seçmələri tövsiyə olunur.
İqtisadi Artım, Valyuta Məzənnələri, Pul Siyasəti, Ticarət Balansı, Makroiqtisadi Amillər.