Abstract


An Econometric Analysis of Plant Production of the Azerbaijan Republic from the Volume of Investments and Used Mineral Fertilizers

İqtisadiyyatın inkişafının mühüm sahəsi olan kənd təsərrüfatı qeyri-neft sektorunun tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Məqalədə Azərbaycan Respublikası kənd təsərrüfatı sahəsi üzrə 23 illik statistik göstəricilərə əsasən bitkiçilik təsərrüfatının məhsuldarlığı ilə bu sahəyə yatırılan investisiya həcmi və istifadə olunan mineral gübrələrin miqdarı faktorları arasında asılılığın ekonometrik modeli qurulmuşdur. Bu modellərin reqressiya təhlili üçün EViews 12 proqram paketinin alətlər panelindən istifadə edilmişdir. Zaman sıralarının stasionarlığının tədqiqi üçün genişləndirilmiş Dikki-Fuller testi tətbiq edilmişdir. Modelin müəyyən edilməsi və onun hər bir parametr üzrə əhəmiyyətinin yoxlanılması, adekvatlığının müəyyən edilməsi üçün müvafiq statistik üsullar tətbiq edilmişdir.Modelin identifikasiyası və hər bir parametr üzrə əhəmiyyətliliyinin yoxlanılması, adekvatlığın müəyyən olunması üçün müvafiq statistik üsullar tətbiq olunmuşdur. Son illərdə dünya aqrar inkişaf praktikasında təşəkkül tapmış ümumi qanunauyğunluqların



Keywords

Çoxfaktorlu Reqressiya Analizi, Korrelyasiya Analizi, T-Student Meyarı, F-Fişer Meyarı, Determinasiya Əmsalı, Heteroskedastiklik, Stasionarlıq


Kaynakça