Abstract


Formulation, Legal Framework and Main Objectives of the Energy Policy of the European Union

Göstərilən bütün cəhdlərə baxmayaraq enerji dünya siyasətinin təyinedici amillərindən biri olaraq qalmaqdadır. Dövlətlərin enerji təhlükəsizliyi onların milli təhlükəsizliyinin tərkib hissəsi hesab edilir. Avropa İttifaqının enerji siyasəti dünyanın bir çox ölkələrinin və regionlarının geosiyasi taleyinə təsir göstərdiyi kimi, Türk dünyasının və Cənubi Qafqaza da təsir edir. Məqalədə başlıca məqsəd Avropa İttifaqının enerji siyasətinin formalaşması, hazırki şəraitdə bu siyasətin hüquqi çərçivəsinin tədqiq etməklə başlıca məqsədlərin müəyyənləşdirilməsindən ibarətdir. Bunun üçün XX əsrin 50-ci illərindən başlayaraq Avropa Birliklərinin, o cümlədən Avropa Polad və Kömür Birliyinin, Avroatomun formalaşmasında enerji amilinin əhəmiyyəti müəyyənləşdirilmiş, 1992-ci ildə Maastrix sazişinin imzalanmasından, bu birliklərin Avropa İttifaqının vahid çətiri altında birləşməsindən sonra baş verən dəyişikliklər izlənilmişdir. Avropa İttifaqının enerji siyasətinin mahiyyətinin aydınlaşması üçün müxtəlif illərdə imzalanmış çoxtərəfli sənədlərinin, direktivlərin və strateji planların məzmunu təhlil edilmiş və müqayisəli təhlillər aparılmışdır.



Keywords

Avropa İttifaqı, Enerji, Siyasət, Məqsədlər, Maastrix, Saziş, Səmərəlilik, Şaxələndirmə


Kaynakça