Abstract


Economic Factors Affecting the Development of the Vocabulary of the Azerbaijani Language in the Years of Independence

Məqalədə 1991-ci il 18 oktyabr tarixində II müstəqillik tarixini yaşamağa başlamış Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lüğət tərkibinə təsir edən iqtisadi amillər araşdırılmışdı. Dövlət suverenliyi və siyasi azadlıq milli iqtisadiyyatın inkişafının təminatçısıdır. Dövlətin mücadilələrlə qazandığı müstəqillik eyni zamanda iqtisadi güclə daha möhkəmlənir. Müstəqillik illərində Azərbaycan dilinin lüğət tərkibində iqtisadi münasibətləri bildirən anlayışlar keyfiyyət, kəmiyyətcə yeni məzmun və forma aldı. Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial həyatının bütün sferalarında yeni transformasiya prosesi başladı. Həm dövlət, həm də millət dövlətçilik tarixinin çox mürəkkəb, qarışıq eyni zamanda da şərəfli bir dönəmini yaşamağa başladı. Sosializmdən kapitalizmə keçid ölkədaxilində və ölkəxaricində yeni iqtisadi platformanın yaradılmasını zərurətə çevirdi.



Keywords

müstəqillik, iqtisadi terminologiya, dilin lüğət tərkibi, ekstralinqivistik amillər, terminologiya


Kaynakça