Abstract


Communicative-Functional Dynamics of The Language and The Limit of Homonymization

Məqalə dilin kommunikativ funksiyasını onun tərkib elementlərinin daxili dinamikliyi çərçivəsində sistemli yanaşma səviyyəsində nəzərdən keçirir. Dilin hər bir elementi sinxroniya və diaxroniyanın kəsişməsində yerləşir. Müvafiq olaraq, ünsiyyət prosesində informasiya daşıyan sözün semantik mənası onun daxili dinamikasındadır. Nəticə etibarilə, funksionallıq hər hansı dil elementinin statik və dinamik vəziyyətinin mövcudluğunu ehtiva edir. İstənilən dil elementinin fəaliyyət prosesi statika və dinamikanın bir-birindən qarşılıqlı asılılığından ibarətdir. Müəllifin qeyd etdiyi kimi ünsiyyət prosesində dilə sistemli yanaşma konsepsiyası müxtəlif nominasiyalarla səciyyələnən elementlərin hüdudlarını müəyyən edir.



Keywords

konsept, sinxroniya, diaxroniya, omonimiya, funksionallıq, sistemli yanaşma, kommunikasiya.


Kaynakça