Abstract


Artistic Reflection Of Historicity İn Mehdi Huseyn's Work "Nizami"

Nasir, dramaturq, tənqidçi Mehdi Hüseyn (1909-1965) yaradıcılığında həm müasir, həm də tarixi mövzulara yer ayırmışdır. Ədibin tarixi mövzuda yazdığı dramları “Şeyx Şamil” (1941), “Nizami” (1942), “Cavanşir” (1957) əsərləridir. Ədiblər tarixi hadisələrə, şəxsiyyətlərin həyat, fəaliyyət və dövrlərini qələmə almaqla müasir dövrləri üçün aktual olan problemləri göstərir və bu tarixi hadisələrdən nəticə çıxarmağı tövsiyyə edirlər. M. Hüseyn də “Nizami” dramının mərkəzində Azərbaycan fikir tarixində əsas yeri tutan, mütəfəkkir-şair Nizmi Gəncəvi şəxsiyyətini canlandırmışdır. Bu əsərdə ədib şairin dövrü və həyat və fəaliyyətindən bəhs etməklə müasir dövrün hadisələrinə münasibət bildirmişdir. Müəllif əsərdə əsas problem kimi hər bir dövrdə aktual olan vətənpərvərlik və məhəbbət motivini qoymuşdur. Dramda tarixilik və müasirlik qarşılıqlı şəkildə əks olunmuşdur.



Keywords

Mehdi Hüseyn, Nizami Gəncəvi, tarix, dram, xalq


Kaynakça