Abstract


Models of Multiculturalism and Political Practice in Modern Azerbaijan

Məqalədə multikulturalizmin nəzəri əsasları və müxtəlif ölkələrdə multikulturalizm modellərinin xüsusiyyətləri təhlil edilir. Liberalizm, tolerantlıq, millətlərarası münasibətlərin multikulturalizmin nəzəri əsasını təşkil etdiyi vurğulanır. Məqalədə müxtəlif ölkələrdə multikulturalizmin spesifik modellərinin (İsveç, Avstraliya və Kanada modelləri) inkişaf prosesləri ətraflı şəkildə açıqlanır, həmçinin Azərbaycan xalqının multikultural ənənələrinin qorunub saxlanılması üzrə dövlət siyasəti araşdırılır. Məqalədə Azərbaycan Respublikasının mədəni, dil və etnik müxtəlifliyin qorunub saxlanmasına yönəlmiş dövlət siyasəti də ətraflı araşdırılır. Tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunub saxlanmasının təmin edilməsi məqsədləri nəzərdən keçirilir, həmçinin multikulturalizm, millətlərarası və konfessiyalararası münasibətlər və dialoq məsələlərinə dair beynəlxalq tədbirlər, elmi konfransların adı sadalanır. Məqalədə qeyd olunur ki, forumlar beynəlxalq təşkilatlar və beynəlxalq universitetlərin təhsil proqramlarının layihələri çərçivəsində keçirilir.



Keywords

Multikulturalizm, Tolerantlıq, Mədəni-Mənəvi Irs, Mədəniyyətlərin Dialoqu, Konfessiyalar, Forum, Ənənə


Kaynakça