Xülasə: Çeslav Miloş polyak yazarı, esseisti, ədəbi tənqidçi və tərcüməçidir. O 1980-ci Nobel mükafatı laureatçısıdır və eyni zamanda, polyak ədəbiyyatının dünyada tanıdılmasında əvəzsiz xidmətləri olmuşdur. Yaradıcılığa şeirlə başlayan yazarın yaradıcılığından Sovet rejiminə, ümumilikdə imperiyalar dünyasına etiraz qırmızı xətt kimi keçir. Onun yaradıcılığında müxtəlif mövzulu əsərlərə rast gəlinir: avtobioqrafik, dini və metafizik dünyanın təhlili, mühacirlərin dünyası və tarixi mövzular. Taleyinə mühacirlik kimi ağır bir sınaq düşən Ç.Miloş bu ərəfədə “Kölə edilmiş ağıl” fəlsəfi traktatını yazmışdır. Əsər öz ölkəsində gec tanınsa da, Avropada çox böyük şöhrət qazanmış, dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.
Açar sözlər: Polşa, yazar, ədəbiyyat, mühacirət, fəlsəfi-traktat