Abstract


Development Strategies of Digital Marketing in the Food Industry in Azerbaijan

Məqalə rəqəmsal iqtisadi şəraitdə qida sənayesinin inkişafına təsir göstərəcək və sürətləndirəcək strategiyaları öyrənilməsinə həsr edilmişdir. Mövzunun aktuallığı dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsində qida sənayesi müəssisələrinin rəqəmsal inkişafının təmin edilməsi üçün ilkin şərtlərin öyrənilməsinin vacibliyi ilə bağlıdır. Xammalın çeşidlənməsi üçün innovativ texnologiyaların, sənaye robotlarının, məlumatların vizuallaşdırılmasının, kompüter görmə, süni intellektin, böyük məlumatların təhlilinin, ağıllı qablaşdırmanın, hazır məhsulların keyfiyyətinin, qida məhsullarının maşın qiymətləndirilməsi və.s üçün vizual sistemlərin istifadəsinə əsaslanan qida sənayesinin rəqəmsal inkişafının istiqamətləri müəyyən edilmişdir. Daha geniş formatda fiziki və funksional xüsusiyyətlərini özündə ehtiva edən yeni modellərinin yaradılmasına imkan verən texnologiyaların tətbiqi istiqamətləri müəyyən edilmişdir. Qida sənayesinin rəqəmsal inkişafı sahəsində qabaqcıl xarici təcrübənin təhlili aparılıb, yeyinti sənayesinin inkişafı üçün rəqəmsallılığın formalaşdırılmasının, qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində zəruriliyi ilə bağlı qənaətə gəlinib. Həmçinin məqalədə sənayenin innovasiyalı texnologiyaların köməyi ilə həll edilən çatışmazlıqları təhlul olunur, eləcə də yeyinti sənayesində tətbiqi edilən və gələcək üçün nəzərdə tutulan perspektivli innovasiyalar təsnif olunmuşdur.



Keywords

Sənayenin İnkişafı, Qida Sənayesi, Sənaye İqtisadiyyatı, Rəqəmsallaşma, Texnologiya


Kaynakça