Dünyanın bütün ölkələrində gənc nəslin təhsil və tərbiyəsi indiki dövrdə böyük aktuallıq kəsb edir. ABŞ, Qərbi Avropa, Yaponiya, Rusiya və s. tanınmış nüfuzlu ölkələrdə böyüyən nəslin təhsil və tərbiyəsi ilə bağlı əldə olunmuş nailiyyətlər, töhfələr bütün dünya ölkələrinə öz təsirini göstərmişdir. Eyni zamanda, Azərbaycanda da dünya ölkələrinin təhsil sistemi geniş müzkirə mövzularından biri olmuşdur. Bu baxımdan, bir çox ölkələr Ümumavropa təhsil məkanına inteqrasiya olunmaqla, hər bir ölkənin təhsilinin öz spesifikasına uyğun müəyyənləşməsi əsas çıxış yolu olmuşdur.
Dünya hazırda vahid deyil, məhz buna görə də təhsilin hər hansı bir vahid modeli də mövcud ola bilməz. Buna baxmayaraq, biz ölkələri az və çox inkişaf etmiş ölkələrə bölürük, bunlar içərisində elələrini vardır ki, özümüzü onlara oxşatmaq böyük əhəmiyyət kəsb edir və nəticə etibarı ilə müasir inkişaf etmiş cəmiyyətin insanının hər hansı bir modeli də təsvir oluna bilir. Məqalə yazılarkən mövcud dünya təhsil sisteminə aid bir çox məlumatlara istinad edilmiş, onların faydalı cəhətləri nəzərə alınmışdır. Bu baxımdan, məqalədə dünyada tanınmış nüfuzlu ölkələrin təhsil sisteminin yaranma tarixi, inkişafı və bu günə kimi əldə olunan nailiyyətləri nəzərdən keçirilir.
Təhsil, Təhsil Siyasətinin Elementləri, Amerika və Qərb Təhsil Sistemi, İnsan Kapitalı