Abstract


Mystical Revisions in Hurufi Texts: Mentions And Quotes Dedicated To Mevlana

Əsasını Fəzlullah Nəiminin qoyduğu hürufiliyin irfani yönümünün formalaşdırılmasında çoxsaylı fəlsəfi-irfani risalələrdən artıq, Mövlananın əsərlərinin inkarolunmaz, uzunömürlü və nüfuzedici təsiri olmuşdur. Mövlananın adını müxtəlif məqsədlərlə yadetmələrə Fəzlullahın xatiratında, ona istinadən Nafəci və Seyid İshaqın “Xabnaməsi”ndə, Seyid İshaq (“Turabnamə”) və Mir Şərifin (“Bəyanül-vaqe) əsərlərində, bir sıra anonim hürufi risalələrində rast gəlirik. Bu böyük mütəfəkkiri çeşidli poetik sənətlər vasitəsilə yada salınan və rəğbətlə yad edən hürufi müəlliflər arasında Nəsimi xüsusilə seçilir. Əslində Mövlanadan gətirilən sitatlar hürufi müəlliflərinə öz sözlərinin irfani çəkisini artırmaq, söylədiklərinin doğruluğunu əsaslandırmaq üçün bir mötəbər qaynaq olub istişhad xarakteridir. Bu irfani haşiyələr bədii mətnlərə çəkilən miniatür şəkillər, məsnəvilərdə yer verilən lirik ricətlər kimi söylənilən məzmuna rəng qatmağa, məzmunu dərinləşdirməyə xidmət edir. Bu məsələnin diqqət mərkəzinə çəkilməsi, Mövlana-Fəzlullah xəttinin öyrənilməsi həm Mövlananın təriqətlər tarixindəki daha bir nüfuz sahəsini açıqlamaq baxımından önəmlidir. Həm də hürufiliklə təsəvvüfü üz-üzə qoyub onları fərqli fikri axınlar kimi təqdim edənlərə tutarlı bir cavabdır.



Keywords

hürufilik, Mövlana, Fəzlullah, xatırlatma-beytlər, iqtibas


Kaynakça