Abstract


Problem of Professionalism in Ethnopsychological Aspect

İnsanların fərdi və sosial spesifik xüsusiyyətlərin formalaşmasının və təzahürünün hərtərəfli öyrənilməsinə yönəlmiş psixologiya elmi daima inkişafda etnik xüsusiyyətləri nəzərə almalıdır. Etnik xüsusiyyətlər bu prosesdə əsas, əksər hallarda isə həlledici rol oynayır. Onun təsirilə özünəməxsus fərd yetişir ki, bu fərdin də özünəməxsus etnik düşüncə tərzi, hissləri, iradəsi, qabiliyyətləri, maraqları, əhvalı, adətləri, qarşılıqlı təsir və davranış formaları olur. Etnik xüsusiyyətlərdən asılı olaraq da müxtəlif etnik cəmiyyətlərdə fiziki, mənəvi, psixoloji və professional yetkinlik eyni vaxtda baş vermir. Məsələn, cənub qütblərinin nümayəndələrində bu proseslər avropalılardan daha tez gedir. Konkret həyat fəaliyyəti təcrübəsində, ayrı-ayrı millətlərin nümayəndələri ilə ünsiyyətdə bunların nəzərə alınması vacibdir.



Keywords

Etnopsixologiya, Millətlərarası Münasibətlər, Etnososial Kompetentlik, Professionalizm


Kaynakça