İçərişəhər - Bakının orta əsrdə formalaşmış tarixi mərkəzi olub, yüksək tikinti sıxlığı, sosial əlaqələrin yüksək səmərəliliyi və sosial rahatlıq ilə səciyyələnir. Müasir dövrdə tarixi müsəlman şəhərləri Şərq mədəniyyəti üçün tamamilə yeni, qeyri-ənənəvi formada inkişaf etmişdir. Nəticədə, Şərqin tarixi orta əsr şəhərinə onunla vəhdət təşkil etməyən və tədricən planlaşdırılmış Avropa tipli yeni şəhər yapışıb. Bu, şəhərin tarixi özəyinin dəyişilməsinə, burada, irsi qorunma məsələsinə qarşı utilitar və səthi yanaşma isə ayrı-ayrı abidələrin hissə-hissə bərpasına gətirib çıxarıb.
Azərbaycan, Bakı, İçərişəhər, İslam Şəhəri Konsepsiyası, Şərq Şəhərinin Özəyi, Strukturu Yaradan Amillər