Abstract


Investigation of the Mikdat Story in Hasanoğlu's work "Kitab-ı Siretü'n Nebi" according to Lord Raglan's hero type

Arxetip termini hәr hansı bir şeyin ilkin nümunәsi vә orijinal növü anlamında universal bir anlayışdır. Arxetiplәr xalqların vә deyilә bilәr ki, bütün mәdәniyyәtlәrin müştәrәk yaddaşında öz varlığını ilkin imiclәrlә hiss etdirir. Arxetiplәr bәşәrin genindә mövcud olan vә hәyatın özündә müşexxәslәşәn müştәrәk şüurun әkslәrdir. Bir qәhrәmanın arxetipi o toplumun әsl әqidәsini әks etdirirәrәk hәr mәdәniyyәtdә seçkin bir şәxsiyyәt timsalında o xalqın ortaq rәmzi kimi çıxış edir. Hal belә olunca bir baş qәhrәmanlıq temasında müәyyәn xüsusiyyәtlәrlә yaradılan imiclәr deyilә bilәr ki, bütün xalqlarda universal xarakter qazanmış bir arxetip modәlinin әksi kimi görünür. Hәr bir dastanda vә ya tәhkiyәdә baş qәhrәmanın Tanrının özünә bәxş etdiyi әsil kimliyi ilә fövqәladә şәkildә dünyaya gәlmәsi, toplumu vә ya sevgilisi üçün kamillәşmiş hәyat yolunda yerimәsi ortaq qurğudur. Bir qәhrәman içindә yaşadığı xalqın bütün mәdәni dәyәrlәrini mәnimsәyir vә digәr toplumlarda da hәmin ideal vә әnәnәdәn yaranan ortaq bir qәhrәman tipi meydana çıxır. Nümunәvi bir mәtndә onun teması, qәhrәmanı, simvolları mesaj şәklindә digәrlәrinә köçürülür. Bu vәziyyәt dә dilә gәtirilәn ilkin anlayışın yada salınması vә qorunmasında arxetip xüsusiyyәtini daşıyır. Qәhrәman arxetipinin xüsusiyyәtlәrini әn gözәl şәkildә dilә gәtirәn şexs Lord Raglandır (Raqlan). Bu mәqalәdә Raqlanın tәsnifi nәzәrә alınaraq Miqdad haşiyә hekayәsindә qәhrәman arxetipinin ortaq xüsusiyyәtlәri müәyyәn edilmişdir. Miqdad hekayәsi hәm eşq, hәm dә qәhrәmanlıq yönümlü bir hekayәdir. Miqdad bu hekayәdә Türk xalqının ideallaşdırılan alp tipinin nümayәndәsi kimi çıxış etsә dә ümumi olaraq universal qәhrәman obrazının әsas xüsusiyyәtlәrini daşıyır. Miqdadın maceraları dastanlardakı ideal qәhrәmana mәxsus arxetip vә digәr mәtnlәrdәki motivlәrin әksini nümayiş әtdirir. Lord Raqlanın “Ənәnәvi qәhrәman formulası” әsas götürülәrәk Miqdad haşiyә hekayәsindә qәhrәman arxetipinin hәm mәhәbәt dastanlarında, hәm dә qәhrәmanlıqla bağlı hekayәlәrdәki universal imicә işarә edilmişdir.



Keywords

Açar sözlәr: Qәhrәman arxetipi, mәtnlәr arası işarәlәr, universal, hekayә, Miqdad hekayәsi


Kaynakça