Abstract


Modern Ecology Of The South Caucasus: Problems And New Challenges

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələridir. İqlim dəyişmələrinin təhlükəsizliyə təhdid yarada biləcəyi fikri ön plana çıxmaqla ekoloji təhlükəsizliklə bağlı ətraf mühit məsələləri müzakirə obyektinə çevrilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) qəbul olunmasından keçən 20 illik dövr ərzində atmosferdə istilikxana qazlarının konsentrasiyasının stabilləşdirilməsi istiqamətində bəşəriyyət çox az nailiyyət əldə etmişdir. XX əsrin sonlarında yaşanan enerji böhranı dövlətləri dayanıqlı enerji resurslarının istifadəsinə məcbur etmiş və bu səbəbdən dövlətlərin iqlim dəyişmələrilə mübarizədə əsas məqsədi yaşıl iqtisadiyyat-yaşıl enerji siyasətinin inkişafını stimullaşdırmaq olubdur. Bu gün Azərbaycan Respublikası iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin vacibliyini dərk edərək birgə təşəbbüslər vasitəsilə davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyərək "yaşıl" və hidrogen enerjisinin ixracatçısına çevrilib. Azərbaycan mövcud böhranın qarşısını almaq məqsədilə “yaşıl enerji” mənbələrindən istifadəni dövlət siyasətinin prioriteti elan edib. Məhz bu səbəbdən Azərbaycan Avropa ölkələrinin etibarlı enerji tərəfdaşı adını qazanıb. (2022-ci ilə "müsbət enerji"li baxış, 2023) Ermənistanın enerji siyasətində yaşıl enerji amili olduqca əhəmiyyətli məsələdir. Çünki Ermənistan idxal olunan karbohidrogenlərdən, o cümlədən nəqliyyat yanacağından, yaşayış və sənaye məqsədləri üçün qazdan, eləcə də elektrik enerjisi istehsalının üçdə birindən asılıdır. Enerjiyə qənaət və bərpa olunan enerji üzrə Azərbaycanda və Ermənistanda qəbul olunan Milli Proqramın əsas məqsədi enerjiyə qənaət və bərpa olunan enerjinin inkişafı üçün hədəflər müəyyən etmək və onların reallaşdırılması vasitələrini müəyyən etməkdir.



Keywords

Yaşıl Enerji, İqlim Dəyişmələri, Təmiz Ekologiya, Dayanıqlı İnkişaf, Enerji Təhlükəsizliyi


Kaynakça