Liderlik həyatımızda olan bir anlayış olsa da, rəqəmsal liderlik son dövrdə gündəmə gələn və maraq doğuran bir anlayışdır. Bu gün sürətlə inkişaf edən internet əsrində yeniliklərdən xəbərdar olmaq, yenilikləri və rəqibləri izləmək və fəaliyyət planları hazırlamaq üçün bir təşkilatın idarə edilməsi prosesi rəqəmsal liderlik olaraq təyin edilə bilər. İndi demək olar ki, bütün şirkətlər müxtəlif strategiyalar hazırlayır və yeni rəqəmsal texnologiyaların tədqiqi və tətbiqi üçün təşəbbüslər irəli sürürlər. Rəqəmsal liderlər bu təşəbbüsləri yaxşı idarə etmək və şirkətin bütün səviyyələrində rəqəmsal transformasiyanı təmin etmək üçün lazımdır. Araşdırmamda əsasən rəqəmsal liderlərin sahib olmalı olduğu texnoloji dəyişikliklərə tez uyğunlaşmaq bacarığı, uzaqdan və əməkdaşlıq edən komandalara rəhbərlik etmək bacarığı, aydın və effektiv ünsiyyət qurmaq bacarıqlarına da aydınlıq gətirilmişdir.
Liderlik, rəqəmsallaşma, rəqəmsal liderlik, transformasiya