Abstract


Ethnographic Phraseologisms In Azerbaijani And English Languages

Xülasə: Məqalədə Azərbaycan və ingilis dillərində mövcud olan etnoqrafik frazeologizmlər müqayisəli şəkildə təhlil edilir. Digər tərəfdən, “şaquli kontest” anlayışının izahı verilir və müxtəlif etnoqrafik frazeoloji birləşmələrin “şaquli kontekst”ləri geniş dil materialı, nümunələr, misallar əsasında öyrənilir. Frazeologiya anlayışının dəqiq şəkildə nəyi və yaxud nələri özündə birləşdirməsi, frazeologiyanın konkret olaraq dilə bu və ya digər şəkildə göstərdiyi təsir, doğma dilimizdə və ingilis dilində mövcud olan etnoqrafik komponentli frazeologizmlərin leksik-semantik xüsusiyyətləri, “şaquli kontekst” faktorunun bu növ frazeoloji vahidlərin formalaşmasındakı rolu da araşdırılır. Bu növ frazeologizmlərin dilimizdə və ingilis dilində müqayisəli təhlili iki xalqın oxşar və fərqli cəhətlərinin üzə çıxmasına kömək edir. Belə ki, frazeologizmlər, xüsusilə, etnoqrafik frazeologizmlər müəyyən xalqın mədəniyyətini, adət-ənənələrini və inkişafını öyrənməyin mühüm vasitələrindən biridir.



Keywords

Açar sözlər: frazeologizm, etnoqrafik frazologizm, şaquli kontekst, adət-ənənə


Kaynakça