Abstract


Image of a Fighter Against the Soviet-Bolshevik Regime

Məqalədə Sovet-bolşevik işğalına qarşı mübarizə aparan dinşünas alim, folklorşünas, tədqiqatçı, repressiya qurbanına çevrilən Bəhlul Behcət və onun ədəbiyyatda yaradılmış obrazından bəhs edilir. Aydın olur ki, bu obrazlaşma iki istiqamətdə özünü göstərir. Birinci istiqamət sovet dövrü ədəbiyyatında Bəhlul əfəndi obrazıdır. Bu əsərlər hər nə qədər bolşevik prizmasından yazılsa da, Bəhlul Əfəndinin mübariz ruhlu, məqsədyönlü, dövrünün nüfuzlu din və ictimai-siyasi xadimi kimi əks olunması danılmazdır. Bu fikirləri müəlliflər öz əsərlərində irticaçı rejimin tərəfdarlarının dilindən səsləndirir. Müsibətlərdən keçmiş xalq, faciələr yaşamış etnos baş verənlərin təhlilini aparmaqla qənaətini ortaya qoymağa başladı. Müstəqillik əldə edildikdən sonra yazılmış əsərlərdə rast gəlinən Bəhlul Behcət obrazı buna misaldır.



Keywords

Bəhlul Behcət, bədii obraz, sovet rejimi,dini dəyərlər, mübarizə


Kaynakça