“Codex Cumanicus” qıpçaq türklərinin ən dəyərli abidələrindən biri olub XIII-XIV əsrlərdə Krım bölgəsində yazılmışdır. “Kodeks”də əksini tapan türk-qıpçaq lüğətinin izlərinə Azərbaycan dilinin dialeklərində rast gəlinməkdədir. Bu qıpçaq əsərinin lüğət fondunun Azərbaycan dilinin dialektləri ilə müqayisəli araşdırılması 2 cəhətdən önəmlidir: 1. Dilin dialekt fondu qədim ünsürləri ehtiva edir, 2. Qıpçaq dili oğuz-Azərbaycan dilinin formalaşmasında yaxından iştirak etmişdir. Bu məqalədə “Kodeks”də işlənən bir neçə sözün (epçi, erdəŋ, balavuz, saxav, egəçi, kada-, köken və s.) Azərbaycan dilinin dialektlərində yaşayan formaları, semantik xüsusiyyətləri, məna dəyişiklikləri araşdırılmış, yeri gəldikcə Anadolu dialektlərinə də müraciət edilmişdir.
Codex Cumancus, qıpçaq dili, dialektlər