Məqalədə XXI əsrin əvvəllərində ABŞ-ın Yaxın Şərq strategiyasının geo-siyasi və konseptual əsasları, Yaxın Şərq siyasətinin bu mərhələsinin tarixi-siyasi aspektləri və səciyyəvi cəhətləri araşdırılacaq.ABŞ-ın Yaxın Şərqdə hərbi-siyasi strategiyasının formalaşmasına təsir edən ən ciddi amillərdən biri, Avropa, Asiya və Afrikanı birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən bölgənin faktiki coğrafi mövqeyidir. Son illərdə ABŞ bu mənada “Böyük Orta Şərq"-“Böyük Yaxın Şərq” terminindən istifadə edir.Bundan əlavə, region ölkələri sosial-iqtisadi cəhətdən fəal şəkildə inkişaf edirlər. Neft ixracından, turizmdən və iqtisadiyyatın digər sahələrindən əldə olunan gəlirlər ayrı-ayrı Yaxın Şərq ölkələrini sərbəst maliyyə mənbəyinə çevirir. Yaxın Şərqin amerikan istehsalçıları üçün böyüməkdə olan bir bazara və ABŞ iqtisadiyyatının investisiya mənbəyinə çevrilməsi Vaşinqtondan özünün Yaxın Şərq hərbi-siyasi strategiyasının hazırlanmasında və həyata keçirilməsində həmin amili nəzərə almağı tələb edir.
Yaxın Şərq, rəsmi Vaşinqton,C.Buş doktorinası,terrorizmlə mübarizə,Ərəb baharı.