Məqalədə təhsilə bir çox sosial funksiyaları yerinə yetirən sosial institut kimi baxılır. Onun fərdə göstərdiyi təsir araşdırılır və cəmiyyət üçün layiqli şəxsiyyətə çevrilməsindən bəhs olunur. Bu baxımda təhsil bəşəriyyət tərəfindən toplanmış bilik, elm və bacarıqların mənimsənilməsi prosesi kimi qiymətləndirilir. Onun əsas funksiyasının cəmiyyətin iqtisadi, sosial, humanitar və mədəni tərəqqisini qorumaq olduğu əsaslandırılır. Təhsillə sosiallaşma arasında dialektik qarşılıqlı əlaqənin mövcud olduğu tarixi araşdırmalara istinad etməklə ortaya qoyulur. Şəxsiyyətin formalaşmasında, şəxsiyyətin hərtərəfli inkişafında və sosial inteqrasiyasında təhsilin mühüm rol oynadığı əsaslandırılır. Eyni zamanda sosiallaşmanın təhsil prosesi ilə sıx bağlı olduğu göstərilir. Son dövrlər isə uzun illər formalaşmış ənənəvi təhsil modelinin köhəldiyi və müasir insanın sosiallaşmasına adekvat cavab vermədiyi qeyd olunur. Vəziyyətdən çıxış yolları göstərilir və sosiallaşmaya təhsilin təsir faktorları, sosiallaşmada oynadığı rol və yanaşmalar göstərilir.
Sosiallaşma, Şəxsiyyət, Sosial İnstitut, Təhsil, Cəmiyyət