Məqalədə iki qardaş və dost ölkə olan Azərbaycanla Türkiyə arasında təhsil və xüsusilə riyazi təhsil sahəsində əməkdaşlıqlar, bu əməkdaşlıq nəticəsində riyazi təhsildə əldə edilən və uğurla tətbiq olunan yeniliklər, yenilikçi yaxınlaşmalar araşdırılmışdır. Elm və təhsilin xüsusi önəmi vurğulanmış və müasir dövrümüz üçün riyazi təhsilin əhəmiyyəti qeyd olunmuşdur. Türkiyə ilə Azərbaycan arasındakı təhsil sahəsində razılaşmalar və hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər qeyd olunmuşdur. Bundan əlavə ölkəmizdə uğurla fəaliyyət göstərən bir sıra türk təhsil müəssisələrinin adları çəkilmiş, onların təhsilimizə verdiyi töhfələr öz əksini tapmışdır. Təhsildə riyazi təhsilin xüsusi önəmi vurğulanmış, riyazi təhsil sahəsində Türkiyə ilə ortaq fəaliyyətlər, xüsusilə STEAM layihəsi, TÜBİTAK ilə əməkdaşlıq ,Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəaliyyəti, birgə keçirilən olimpiadalar, müxtəlif riyazi istiqamətli universitetlərə tələbə transferi məsələləri qeyd olunmuşdur.
Təhsil, Riyazi Təhsil, Əməkdaşlıq, Layihələr