Abstract


The Role Of Islamic Banking In The Development Of Small And Medium Enterprises

Məqalədə bir çox dünya ölkələri ilə yanaşı, ölkəmizdə də islam maliyyə sisteminə böyük maraq olmasında bəhs edilir .Son dövrlərdə daha çox diqqət mərkəzində olan İslam maliyyə sisteminin, habelə faizsiz bankçılığın tətbiqinin sahibkarlıq fəaliyyəti üzərində hansı təsirləri olduğu araşdırılmışdır. İslamda şəxsi mənafedən və materialist iqtisadiyyatın fərdiliyindən uzaqlaşaraq, kollektiv səmərəliliyin müasir konsepsiyası tövsiyə edilmişdir. Qərbin bəzi alimləri İslam bankçılığından istifadəni iqtisadi inkişaf üçün daha uyğun hesab edir. İslami prinsiplərə tabe olan iqtisadi sistemin hansı üstünlükləri var, onlardan necə səmərəli istifadə oluna bilər kimi sualların cavabları məqalədə ehtiva olunmuşdur. Bu tədqiqat ölkəmizdə islami bankçılığın mövcud vəziyyətini görməyə, sistemin çatışmazlıqlarını qiymətləndirməyə imkan verir. Azərbaycan Respublikasının qanunvericiliyinin bu sistemin tətbiqi üçün əlverişli olub olmaması, əlavələrin və dəyişikliklərin edilməsinin zəruriliyindən bəhs edilmişdir. Həmçinin məqalədə dövlət idarəçiliyində islam maliyyə sistemini tətbiq edən ölkələr bir model olaraq, nəzərdən keçirilmişdir. Bu sahənin iqtisadiyyatda mənimsənilməsinin sahibkarlıq,xüsusilə də kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafındakı müsbət nəticələrindən söhbət açılmışdır. Məqalə islam bankçılığının inkişafı ilə sahibkarlığa dəstək veriləcəyindən, dolayı yolla iqtisadi artımın təmin olunacağından bəhs edir. Bu sistemin tətbiqi üçün əlverişli şəraitin və potensialın olması da nəzərdən yayınmamışdır. O da qeyd edilir ki, islam maliyyəsinin gələcəyi təkcə ölkənin siyasi idarəedicilərindən deyil, əsasən, bütünlükdə əhalidən asılıdır. Qlobal böhrandan sonrakı dövrdə bu sahəyə maraq birmənalı şəkildə artmışdır. İslam maliyyəsinin son on ildəki innovasiya və inkişaf tempi sübut edir ki, bu sahə bütün dünyanın diqqət mərkəzindədir. Qeyd edilən həqiqətlər nəzərə alınaraq, bu sistemin KOS-ların inkişafındakı rolu qiymətləndirilmişdir.



Keywords

islam maliyyəsi, kiçik və orta sahibkarlıq, faizsiz bankçılıq, islam bankılığı.


Kaynakça