Abstract


Beyond Words J.L. Austin’s contributions to linguistics in the context of “Performative and Constatives”

Linqvistik fəlsəfə sahəsində görkəmli şəxsiyyətlərdən biri hesab edilən J.L.Ostin danışıq aktları ilə bağlı apardığı qabaqcıl tədqiqatları ilə dil haqqında anlayışımızı dəyişdirdi. Məqalə Ostinin dilçiliyə miras qoyduğu əhəmiyyətli töhfələri araşdırır, performativ və konstativ ifadələr arasındakı fərq qabardılmaqla, danışıq aktı konsepsiyası onun hərəkətə olan ekvivalentliyini və müasir Ostin nəzəriyyələrinin qalıcı təsirinə diqqət yetirir. J.L.Ostinin bu sahədə elmi tədqiqatları bizim üçün dil və onun funksiyaları haqqında olan anlayışımıza insan faktoru nəzərə alınmaqla təməl dəyişikliklər edərək yeni forma verdi. Performativ və konstativ ifadələri araşdıraraq Ostin dünyanı təsvir etmək, həm də onun daxilində baş verən dil hadisələrinə münasibət bildirmək qabiliyyətini işıqlandırdı. Bu fərq müasir dil və dilçilik fəlsəfəsinin təməl daşı olan danışıq aktı nəzəriyyəsinin inkişafı üçün zəmin yaratdı. Ostinin təməl nəzəriyyələrini, onların genezisini, təkamülünü və sonrakı nəsillərə təsirini araşdırırıq.Ostinin ideyalarının ilkin əhatə dairəsindən kənarda belə tətbiqini, onların hüquq nəzəriyyəsi, rəqəmsal rabitə və süni intellekt kimi müxtəlif sahələrdə tətbiqi müşahidə edilir. Bundan əlavə, biz Ostinin tətqiqatlarının müasir dilçilikdə hələdə davam edən aktuallığını və gələcəkdə tədqiqat obyektinə çevriləcək mövzuların yüksək potensialını qiymətləndiririk. Ostinin bizə gəlib çatan linqvistik irsinin parlaq tərəflərini işıqlandırdığımız kimi, tənqidi yanaşma tələb edən məqamları belə qiymətləndirməkdə, onun dil haqqında linqvistik təcrübələri təsəvvürümüzün genişləndirilməsində əsas rolunu və sosial reallığın nizamında dilin performativ gücünü vurğulayırıq.



Keywords

Performativ ifadələr,Konstativ ifadələr,Danışıq aktı nəzəriyyəsi,Dil fəlsəfəsi,Linqvistik nəzəriyyə,Praqmatika,Semiotika


Kaynakça