Bu məqalədə süni intelektin tətbiqi və təşfiqinin mühasibat ixtisasına və müəssisənin maliyyə nəzarətinin major faktoru kimi mühasibat uçotuna təsiri araşdırılır.Süni intelektin tətbiqinin xərclərə qənaət və ən optimal kombinasiyaların qurulmasında önəmi təhlil edilir.Müasir dövrdə əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli,yüksək analitikliyi ilə seçilən mühasiblərin hazırlanmasında təhsil müəsssisələrinin rolu izah edilir.
Dialektik inkşafın əsası yeniliklərə müqavimət göstərməməkdir.Mühasiblər öz kompetensiyalarının formalaşmasını və karyera planlamamasını bu zəmində qurmalıdırlar.
Qlobal bilik iqtisadiyyatı bir tərəfdən müəssisələr üçün geniş üfüqlər açır,digər tərəfdən kadr hazırlığından tutmuş,empirik tətbiqə qədər bir çox yeni problemlərlə üz-üzə qoyur.Bu dilemmanı həll etmək isə zaman tələb edir.Bunun üçün də,təhsil müəssisələri ilə korporasiyalar ortaq və harmonik strategiyalar izləməlidirlər.Süni intelektin təhsilə inteqrasiyası təhsili ənənəvi hüdudlarından çox daha irəliyə götürəcəkvə sosial-iqtisadi resursa çevirəcəkdir. Buna görə də, biznesin bütün sahələri, o cümlədən pedoqoqlarvə təhsilalanlar ən son texnologiyalardan istifadə və onların imkanlarından maksimum yararlanmaq üçün müvafiq kompetensiyalara yiyələnməlidirlər. Dünyanın aparıcı universitetlərində, Karnegi Mellon Universiteti, Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti, Kaliforniya Universiteti, Toronto Universiteti, Oksford Universiteti, Tsinxua Universiteti, İllinoys Universiteti, Cənubi Kaliforniya Universiteti, Vaşinqton Universiteti və bir çoxdigər ali təhsil müəssisələri süni intellekt proqramlarınının tədrisini həyata keçirir.Azərbaycanda UNEC-də bakalavriat səviyyəsində “Süni intellekt”, “Süni intellekt tədqiqat metodları”, magistraturada isə BMDM-də “İqtisadiyyatda süni intellekt sistemləri və biliklərin idarə edilməsi”, “Süni intellekt və ekspert sistemləri”, UNEC Biznes Məktəbində (MBA) “Dizaynda süni intellekt”, “Süni neyron”, “Süni intellekt tətbiqləri”, “Süni intellektin əsasları”, “Phyton və süni intellekt” fənləri yerli və xarici yüksək mütəxəsislər tərəfindən ən son tədris texnologiyları tətbiq edilərək tədris olunur.Bəzi universitetlərdə “Mühasibat” ixtisası “Kompüter və Maliyyə ”ixtisası ilə əvəz edilmişdir.
Süni intelektin mühasibatlıqda və auditdə tətbiqi üçün bu sahələrdə fundamental-metodik zəmində bir sıra problemlər həll edilməsi və “texnoloji yanaşma” aspekti qəbul edilməlirdir.Texnoloji tərəqqənin sərhədləri konkret olmadığına görə bu təsir digər sahələrə də inteqrasiya etmiş vəziyyətdədir.
Süni İntelekt, Mühasibat Uçotu, "Ekspert Sistemləri","Ağıllı Sistemlər"