Məqalədə Stalinin İkinci Dünya müharibəsi zamanı apardığı deportasiya siyasətindən bəhs edilir. Stalin müharibəyə mane olduqlarını əsas gətirərək SSRİ ərazisindəki bir çox xalqları Mərkəzi Asiya və Sibirə sürgün etmişdir. Deportasiya aparılmış ərazilərdən biri də Krım idi. Krımda yaşayan tatarlar (türklər), bolqarlar, yunanlar, ermənilər, karaimlər Stalinin bu siyasətinin qurbanı olaraq deportasiyaya məruz qalmışdır. XDİK sənədlərinə əsasən aparılan deportasiya siyasətinin miqyası, qurbanları haqqında məlumat verilmişdir. Deportasiya siyasətinin həyata keçirilmə səbəbləri, nəticələri əks edilmişdir. Bu xalqlara bəraət verilməsindən sonra geri qayıtma prosesinə də toxunulmuşdur.
SSRİ, Krım, deportasiya, Krım tatarları, bolqarlar, ermənilər, karaimlər, XDİK, Stalin, Beriya