Abstract


Multiculturalism As a Main Factor of a Multicultural Society

Bu məqalə multikulturalizmin əsas xüsusiyyətləri onun etnik müxtəlifliklərə və onların daha yaxşı idarə edilməsində mühüm siyasi bir forma olmasından bəhs edilir. Müasir dövrümüzdə dünyanın əksər ölkələrində insanlar arasında həm iqtisadi, həm mədəni, həm də siyasi əlaqələr sürətlə inkişaf etdirilir. Buna görə də demək olar ki, dünyanın əksər ölkələrində müxtəlif mədəniyyətlərə və adət-ənənələrə mənsub olan insanlara rast gəlmək olar. Amma, bu ölkələrin hamısında həmin fərqli mədəniyyətlərə sahib olan insanlara eyni deyil, fərqli münasibətlər mövcuddur. Bu qeyd etdiyimiz müxtəlifliklər tarixi prosesdə mühüm rol oynamış və həmin prosesin inkişafının nəticəsi kimi obyektiv xüsusiyyətə malik olmuşdur. Müxtəlifliklər xalqların milli-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsas və aparıcı hissəsini təşkil etməklə yanaşı həmin xüsusiyyətlərə malik olan insanların həyatlarında aparıcı və müsbət rol oynayırlar. Elə buna görə də multikulturalizm anlayışı bir cəmiyyətdə müxtəlif mədəniyyətlərin mövcudluğunu, yəni çoxmədəniyyətlik sözünün sinonimi kimi ilk öncə irqi, etnik, dini və mədəni müxtəliflikləri və bu müxtəlifliklərin əsasını təşkil edən dəyərləri özündə ehtiva edir. Müxtəlif ölkələrdə çoxmədəniyyətli cəmiyyətlərin tənzimlənməsində əsas və mühüm vasitələrdən biri multikulturalizmdir.



Keywords

multikulturalizm, tolerantlıq, müxtəlifliklər, millət, mədəniyyət


Kaynakça