Məqalədə mətnlərin mürəkkəblik dərəcəsini qiymətləndirmək üçün mövcud oxunabilirlik düsturları, onlarda istifadə olunan parametrlər (faktorlar) əsasında çoxparametrli oxunabilirlik düsturlarının yaradılması metodikası verilir. Bu məqsədlə çoxdəyişənli reqressiya modelinin qurulması, reqressorların və reqressiya əmsallarının müəyyənləşdirilməsi yolu təsvir olunur. Mövcud oxunabilirlik düsturlarının təklif olunan çoxparametrli oxunabilirlik düsturunun xüsusi halları olduğu nümunələrlə göstərilir.
Mətnin Mürəkkəbliyi, Oxunabilirlik Düsturları, Çoxdəyişənli Xətti Reqressiya Modeli, Qiymətləndirmə Şkalası, Çoxparametrli Oxunabilirlik Düsturları.