Abstract


The Place of Wood in Making Musical Instruments

Mənəvi mədəniyyətin mühüm tərkib hissələrindən biri musiqidir. Musiqi də əsas məqamlardan biri musiqi alətlərinin hazırlaması qaydasıdır. Musiqi alətlərinin hazırlanmasında müxtəlif materiallardan istifadə olunur. Onlardan biri və ən əsası ağacdır. Xüsusilə simli musiqi alətlərinin (saz, kamança, tar, tənbur və s.) hazırlanmasında ağacdan istifadəyə üstünlük verilmişdir. Ta qədim dövrlərdən bu günə qədər ağacdan hazırlanan musiqi alətlərindən indi də istifadə olunur. Həmin musiqi alətlərindən biri sazdır. Bildiyimiz kimi, sazın tarixi qədimlərə gedib çıxır. Saz hazırlayan ustalara sazbənd deyilir. Sazbənd sazı hazırlamaq üçün tut və qoz ağaclarından istifadə edir. Azərbaycanın qərb bölgəsində saz həmişə mühüm yer tutmuşdur. Sazın boğaz hissəsi qoz ağacından hazırlanır. Çanağın üst hissəsi nazik taxta parçaları ilə örtülür. Çanaq boğaz hissə ilə birləşdirilir. Səsin yaxşı çıxması üçün onun üst taxtalarında kiçik deşiklər açılır. Sazı çalmaq üçün istifadə olunan mizrab (təzənə) gilas və ya albalı ağacının qabığından hazırlanır.



Keywords

Türk, Ağac, Musiqi, Mədəniyyət


Kaynakça