Abstract


The Role of Ngos in Armenian Cyberspace

Kibertəhlükəslizlik müasir dövrdə dövlətlərin milli təhlükəsizliyinin vacib tərkib hissələrindən biridir. Hər bir dövlət mövcud olduğu fiziki məkan kimi, kiberməkana da nəzarət etmək, onu öz maraqları və mənafeləri naminə yönləndirmək uğrunda mübarizə aparır. Lakin kiberməkanla bağlı siyasətin dövlətlər tərəfindən sadəcə öz imkanları hesabına reallaşdırmaq çətindir. Bu baxımdan bir çox ölkələr kiberməkanda QHT-lərin gücündən də istifadə edirlər. Məqalədə başlıca məqsəd Ermənistanın kiberməkanında qeyri-hökumət təşkilatlarının rolunu və funksiyalarını tədqiq etməkdən ibarətdir. Mövzunun öyrənilməsi Ermənistan cəmiyyətinin siyasi strukturunda QHT-lərin rolunun öyrənilməsi baxımından nəzəri, milli kibertəhlükəsizlik baxımından isə praktiki aktuallığa malikdir. Tədqiqat siyasi yönümlüdür və daha çox siyasi elmin metodlarından istifadə etməklə Ermənistan kiberməkanı ilə bağlı məsələlərinin qiymətləndirilməsini nəzərdə tutur.



Keywords

Kiberməkan, kibertəhlükəsizlik, QHT, Ermənistan, Cənubi Qafqaz


Kaynakça