Abstract


Synonymity of legal terms in the English language and ways of their translation into the Azerbaijani language

Xülasə: Bu məqalədə hüquqi dildə tərcüməsi ən çox çətinlik yaradan problemlərdən biri kimi sinonim seçimi təhlil olunur, sinonimlərin növləri və hüquqi mətnlərdən götürülmüş bir çox nümunələr üzərində onların Azərbaycan dilində ekvivalentinin tapılması və tərcümə edilməsi yolları göstərilir. Məlumdur ki, dil xüsusi tarix və mədəniyyətin məhsuludur. Bu baxımdan müxtəlif sistemli dillər arasında tərcümə edərkən, tək dilin qanunauyğunluqlarına bələd olmaq deyil, həm də sahə üzrə müvafiq biliklərə malik olmaq zəruri şərtlərdən biridir. Hüquq mədəniyyətin ifadəsidir və hüquqi dillə ifadə olunur. Üslubuna görə hüquqi dil xüsusi ixtisaslaşmış dildir. İngilis və Azərbaycan dillərinin müxtəlif dil ailələrinə aid olması və iki ölkənin hüquq sistemləri arasında fərqlərin mövcudluğu hüquqi sənədlərin tərcüməsi zamanı çətinlik yaradan məqamlardan biridir. Məqalədə həmçinin hüquqi terminologiyada leksik sinonimlik, mütləq və nisbi sinonimlər araşdırılır və təhlil olunur, dublet və triplet hüquqi terminlərinin Azərbaycan dilinə tərcümə yolları izah edilir.



Keywords

Açar sözlər: termin, hüquq, tərcümə, sinonim


Kaynakça